Cross-country növü üzrə ölkə çempionatı

19 iyul 2024 - 19 iyul 2024

Tədbir haqqında:

19 iyul 2024-cü il tarixdə Bakı şəhəri Bayıl qəsəbəsində  velosiped idmanının MTB Cross-country növü üzrə ölkə çempionatı keçiriləcək. Yarışda Azərbaycan Respublikasında fəaliyyət göstərən idman məktəbləri, klubları və cəmiyyətləri, həmçinin Velosiped Federasiyası tərəfindən müvafiq lisenziya əldə etmiş fərdi peşəkar idmançılar iştirak edəcəklər. Yarış qrup ötüşməsi formatında keçiriləcək. Yarışda 2010-2011-ci il təvəllüdlü yeniyetmə oğlanlar və qızlar, 2008-2009-cu il təvəllüdlü yeniyetmə oğlanlar və qızlar, 2006-2007-ci il təvəllüdlü gənc oğlanlar və qızlar, U23 kişilər və qadınlar və elit kişilər və qadınlar iştirak edəcəklər. Yarışın idarə olunması Azərbaycan Velosiped Federasiyası tərəfindən təyin olunan hakimlərin və baş katibin rəhbərliyi altında həyata keçiriləcək. Qalib və mükafatçılar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən diplom və medal ilə təltif olunacaqlar.  

Ünvan:

Bayıl qəsəbəsi

Xəritə üzərində:

İstiqamət:

Yarışı paylaş:

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər