
Cüdo üzrə U-17 Liqa Yarışı (2-ci tur)
18 iyun 2025
- 19 iyun 2025
Tədbir haqqında:
18-19 iyun tarixlərində FHN İdman Sağlamlıq Mərkəzində U-17 qızlar və oğlanlar arasında Liqa Yarışının 2-ci turu keçiriləcək. Yarışda 2009-2011-ci il təvəllüdlü idmançılar iştirak edəcəklər. Bu yarış gənclər arasında idmanın inkişafına böyük töhfə verəcək. İdmançılar texniki bacarıqlarını nümayiş etdirəcək və qalibiyyət uğrunda mübarizə aparacaqlar. Gənclər və İdman Nazirliyi eləcə də Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışın qaliblərinə sonda müxtəlif medal və hədiyyələr təqdim olunacaq.Yarış maraqlı və gərgin anlarla yadda qalacaq. Giriş sərbəst və ödənişsizdir. Gəlin bu möhtəşəm anlara birgə şahid olaq!
Ünvan:
Xəritə üzərində:
İstiqamət: