
Stolüstü Tennis üzrə Ölkə Çempionatı
30 aprel 2025
- 3 may 2025
Tədbir haqqında:
Ölkə Çempionatı: Stolüstü Tennis üzrə Gənclər Yarışı
30 aprel – 3 may tarixlərində Bakı şəhərindəki “Şüa” İdman Kompleksi stolüstü tennis üzrə möhtəşəm bir yarışa ev sahibliyi edəcək! 19 və 15 yaşadək idmançılar arasında keçiriləcək Ölkə Çempionatında Azərbaycanın ən istedadlı gənc tennisçiləri mübarizə aparacaq.
120-dən çox iştirakçının qatılacağı bu mötəbər turnir saat 10:00-da start götürəcək. Yarışın məqsədi gənc idmançıların bacarıqlarını nümayiş etdirmək və gələcək çempionları üzə çıxarmaqdır.
Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışın sonunda qaliblər mükafatlandırılacaq.
Zala giriş ödənişsizdir, ona görə də bu həyəcan dolu idman tədbirini izləmək və gənc idmançılara dəstək olmaq üçün hər kəsi dəvət edirik!
Ünvan:
Xəritə üzərində:
İstiqamət: