
Həndbol üzrə ölkə birinciliyi
28 iyun 2024
- 30 iyun 2024
Tədbir haqqında:
İyunun 28-30-da ölkənin müxtəlif rayon və şəhərlərindən olan idman məktəblərinin komandaları arasında “AHF Arena” İdman Kompleksində həndbol üzrə ölkə birinciliyi (2006, 2008 və daha kiçik təvəllüdlü oğlanlar, qızlar) keçiriləcək.
Yarış Beynəlxalq Həndbol Federasiyasının təsdiq etdiyi qaydalara və 2023/2024 mövsümünün AHF reqlamentinə uyğun olaraq təşkil ediləcək. Komandanın tərkibi 13 nəfərdən ibarətdir (11 oyunçu, 2 məşqçi). Yarışda çıxışlar hazırkı Olimpiya dövründə Azərbaycan Həndbol Federasiyası tərəfindən verilmiş etibarlı hakimlik lisenziyasına malik hakimlər tərəfindən qiymətləndiriləcək. Məşqçilər isə Azərbaycan Həndbol Federasiyası tərəfindən təsdiq olunub. Yarış ARGİN-nin Texniki Reqlamenti, Beynəlxalq Həndbol Federasiyası tərəfindən təsdiq olunmuş qaydalar əsasında həyata keçiriləcək.
I, II və III yerin qalibləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplomlarla təltif olunacaqlar.
Qeyd edək ki, yarışın qrup mərhələsinin oyunları iyunun 28-29-da, yarımfinal və final oyunları isə iyunun 30-da keçiriləcək.
Ünvan:
Xəritə üzərində:
İstiqamət: