
Akrobatika üzrə Dünya Kuboku
13 iyun 2025
- 15 iyun 2025
Tədbir haqqında:
13-15 iyun tarixlərində Bakı Milli Gimnastika Arenasında akrobatika üzrə Dünya Kuboku keçiriləcək. Yarışda 99 idmançı iştirak edəcək. Bu tədbir dünya səviyyəsində akrobatikanın ən yaxşı nümayəndələrini bir araya gətirəcək. İdmançılar fərdi və qrup nömrələri ilə bacarıqlarını nümayiş etdirəcəklər. Yarış yüksək gərginlik və peşəkarlıqla müşayiət olunacaq. Bu Dünya kubokunda bacarıqlı akrobatlar həyəcan dolu, ritmi yüksək və nəfəskəsən performansları ilə sizi möcüzəvi anlara aparacaq. Akrobatika sevənlər üçün möhtəşəm bir şou təqdim olunacaq. Gənclər və İdman Nazirliyi eləcə də Azərbaycan Gimnastika Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışın qaliblərinə sonda müxtəlif medal və hədiyyələr təqdim olunacaq.
Əgər siz də həyəcan dolu bu yarışı izləmək istəyirsinizsə, bizə qoşulun!
Biletləri iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərsiniz.
Ünvan:
Xəritə üzərində:
İstiqamət: