
EuroVolleyM 2026 təsnifat mərhələsi
17 avqust 2024
- 25 avqust 2024
Tədbir haqqında:
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (EuroVolleyM 2026) təsnifat mərhələsində iştirak edəcək.
Millimiz təsnifat mərhələsinin ilk matçını avqustun 17-də səfərdə Avstriya komandasına qarşı keçirəcək.
Voleybolçularımız bir həftə sonra- 24 avqust tarixində Bakıda Belçika yığmasını qəbul edəcəklər.
Təsnifat mərhələsinin formatına uyğun olaraq növbəti iki qarşılaşma 2025-ci ilin avqustunda baş tutacaq.
Seçmə mərhələdə 21 yığma komanda 7 qrupda mübarizə aparacaq.
Seçmə mərhələnin yekununda qrup qalibləri və 5 ən yaxşı qrup ikincisi olacaq kollektivlər Avropa çempionatında iştirak hüququ qazanacaqlar.
Ünvan:
Xəritə üzərində:
İstiqamət: