
Stolüstü tennis idman növü üzrə ölkə birinciliyi
27 iyun 2024
- 29 iyun 2024
Tədbir haqqında:
27-29 iyun 2024-cü il, saat 10:00-da stolüstü tennis idman növü üzrə ölkə birinciliyi baş tutacaq. Yarışda Azərbaycan Respublikasının şəhər və rayon yığma komanda üzvləri, idman klubları, idman məktəbləri və digər idman təşkilatlarının idmançıları iştirak edəcək.
Bakı və Sumqayıt şəhərləri 12 oğlan (3 məşqçi), 12 qız (3 məşqçi), digər şəhər və rayonların hər biri 4 oğlan (1 məşqçi), 4 qız (1 məşqçi) ilə iştirak edə bilərlər. Yarışda 2012-ci il və daha kiçik təvəllüdlü idmançılar iştirak edəcəklər.
Yarış zamanı oyunlar hazırkı Olimpiya dövründə ASTF tərəfindən verilmiş etibarlı hakimlik lisenziyasına malik hakimlər tərəfindən aparılacaq. Stolüstü tennis idman növü üzrə lisenziya almış məşqçilər yarışa buraxılır.
Ünvan:
Xəritə üzərində:
İstiqamət: