
Ağırlıqqaldırma üzrə gənclər və U23 ölkə birinciliyi
27 iyun 2025
- 29 iyun 2025
Tədbir haqqında:
27-29 iyun tarixlərində Bakının Şüvəlan qəsəbəsindəki Ağırlıqqaldırma Mərkəzində gənclər və U23 arasında ölkə birinciliyi keçiriləcək. Ağırlıqqaldırmasevərləri üçün maraqlı və gərgin mübarizənin olacağı bu yarışda, idmançılar müxtəlif çəki dərəcələrində qüvvələrini sınayacaqlar. Yüksək səviyyədə təşkil olunacaq yarış, gənclər arasında idmana marağı artıracaq. Gənclər və İdman Nazirliyi eləcə də Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışın qaliblərinə sonda müxtəlif medal və hədiyyələr təqdim olunacaq. Əziz tamaşaçılar! Bu idmançılara dəstək olmaq üçün əla fürsətdir. Giriş sərbəstdir və hər kəs üçün açıqdır. Gəlin bu həyəcanı birgə yaşayaq!
Ünvan:
Xəritə üzərində:
İstiqamət: