Avarçəkmə üzrə açıq Bakı birinciliyi

18 iyun 2025 - 18 iyun 2025

11:00

Tədbir haqqında:

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında iyunun 18-də avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək. Yeniyetmə və gənc idmançıların iştirakı ilə təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən iştirak edəcək.

Reqlamentə əsasən idmançılar akademik avarçəkmə və kanoedə birnəfərlik qayıqda 500 metr məsafə üzrə mübarizə aparacaqlar. Kayak qayığında isə 500 metr məsafədə həm təknəfərlik, həm də ikinəfərlik qayıqda çempionluq uğrunda mübarizə gedəcək.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Dənizkənarı Bulvar Əhəd Yaqubov küçəsi 15 Dənizkənarı Bulvar Əhəd Yaqubov küçəsi 15
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr