İdman gimnastikası üzrə Dünya kuboku

6 mart 2025 - 9 mart 2025

Tədbir haqqında:

Martın 6-dan 9-dək Milli Gimnastika Arenası daha bir mötəbər yarışa, ”İdman gimnastikası üzrə Dünya kuboku”na ev sahibliyi edəcək.
Dünya kubokunda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında Nazənin Teymurova (6 alətin hər birində) və Dəniz Əliyeva (6 alətin hər birində) təmsil edəcəklər.

Dörd günlük yarışların yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Ən güclü idmançıların çətin və əzmli mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər.
Biletlərin qiyməti təsnifat yarışlarına 10, final mərhələlərinə isə 15 manat təşkil edir.
Yarışlar haqqında ətraflı məlumat federasiyanın rəsmi internet səhifəsində (www.agf.az) mütəmadi olaraq yenilənəcək.

Yarışlar hər gün saat 12:00-da başlayacaq.
Məkan: Milli Gimnastika Arenası
 

Ünvan:

Milli Gimnastika Arenası

Xəritə üzərində:

İstiqamət:

Milli Gimnastika Arenası Google Maps’də aç Waze’də aç

Qiymət və qeydiyyat:

Qiymət

10 ₼-dən başlayaraq

Bilet al

Əlaqə vasitələri:

Yarışı paylaş:

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər