
Bədii gimnastika üzrə beynəlxalq turnir, AGF Trophy
28 mart 2025
- 30 mart 2025
Tədbir haqqında:
Zərif gimnastika növünün nümayəndələri bu dəfə özlərini 28-30 mart tarixlərində keçiriləcək “Bədii gimnastika üzrə beynəlxalq turnir, AGF Trophy”də sınayacaq. 14 ölkənin bədii gimnastları Bakıda, ənənəvi yarış məkanı olan Milli Gimnastika Arenasında toplaşacaqlar.
Onlar halqa, top, gürzlər və lent ilə performanslarını sərgiləyərək qələbə uğrunda yarışacaqlar.
Tamaşaçılar isə onların incəliyi və elastikliyi özündə birləşdirən möhtəşəm çıxışlarının şahidi olacaqlar.
Bədii gimnastların rəngarəng çıxışlarını izləmək şansını qaçırmayın!
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası
Ünvan:
Xəritə üzərində:
İstiqamət: