Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku

22 fevral 2025 - 23 fevral 2025

Tədbir haqqında:

Azərbaycan Gimnastika Federasiyası 2025-ci ilin fevral ayından etibarən beynəlxalq yarışlar mövsümünə start verir.
Federasiyanın təşkil edəcəyi ilk yarış 22 və 23 fevralda, ənənəvi yarış məkanı olan Milli Gimnastika Arenasında keçiriləcək “Batut gimnastikası və tamblinq üzrə Dünya kuboku” olacaq. Yarışda 16 ölkədən idmançılar fərdi və sinxron proqramlar üzrə qələbə uğrunda mübarizə aparacaqlar.
Batut gimnastikası üzrə yarışda Azərbaycanı milli komandamızın üzvləri qadınlar arasında Dünya kubokunun gümüş mükafatçısı, FIG kubokunun sahibi Selcan Mahsudova və "Batut gimnastikası üzrə 6-cı Bakı birinciliyi"nin I yeri Şəfiqə Hümbətova, kişilər arasında dünya yaş qrupları yarışlarının qalibi, beynəlxalq turnirlərin qalibləri Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar) və Mehdi Əliyev (fərdi çıxış), Avropa çempionu Əli Niftəliyev təmsil edəcək. Yarışda ilk dəfə olaraq batut gimnastikası üzrə qarışıq sinxron cütlüklər çıxış edəcək. Tamblinq üzrə yarışda isə komanda hesabında Dünya çempionları Tofiq Əliyev və Adil Hacızadə, Avropa çempionatının komanda hesabında I yer qalibi Hüseyn Əsədullayev və beynəlxalq turnirlərin qalibi Aleksey Karataşov təmsil edəcək. 

İdmançıların çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər.

 

Yarışların başlama vaxtı:
22 fevral - 13:30
23 fevral - 12:00

Ünvan:

Milli Gimnastika Arenası

Xəritə üzərində:

İstiqamət:

Milli Gimnastika Arenası Google Maps’də aç Waze’də aç

Əlaqə vasitələri:

Yarışı paylaş:

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər