
Avropa, Asiya və Beynəlxalq tennis turnirləri Bakıda!
3 avqust 2024
- 6 oktyabr 2024
Tədbir haqqında:
Öz tennisçilərimizin təcrübə toplaması və oyun keyfiyyətini artırmaq məqsədi ilə Azərbaycan Tennis Federasiyasının tərtib etdiyi 2024-cü ilə dair Respublika və beynəlxalq yarışların idman təqvim planına əsasən, aşağıda qeyd olunan Avropa (TE) Asiya (ATF) və Beynəlxalq (lTF) tennis turnirləri Bakı Tennis Akademiyasında təşkil ediləcək. Qeyd edək ki, Asiya turnirləri regionda ilk dəfə olaraq Azərbaycanda təşkil olunacaq. Bu turnirlərdə Azərbaycan ilə yanaşı, bir çox ölkənin qız, oğlan tennisçiləri və onları müşayiət edən şəxslər iştirak edəcəklər.
- 3-11 avqust 2024-cü il, 14 yaşlararası Asiya turniri (2-ci kateqoriya)
- 12-18 avqust 2024-cü il, 14 yaşlararası Asiya turniri (2-ci kateqoriya)
- 19-25 avqust 2024-cü il, 14,16 yaşlararası (3-cü kateqoriya)
- 26 avqust - 1 sentyabr 2024-cü il, 14,16 yaşlararası (3-cü kateqoriya)
- 2-8 sentyabr 2024-cü il, 14,16 yaşlararası (3-cü kateqoriya)
- 19-29 sentyabr 2024-cü il, 18 yaşlararası (J30)
- 30 sentyabr - 6 oktyabr 2024-cü il, 18 yaşlararası (J60)
Azərbaycan Tennis Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə yarışlar yüksək səviyyədə keçiriləcəkdir.
Ünvan:
Xəritə üzərində:
İstiqamət: