İdman dırmanması (boulderinq növü) üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyi

20 iyun 2025 - 21 iyun 2025

10:00

Tədbir haqqında:

20-21 iyun tarixlərində Bakı İdman Dırmanması Mərkəzində İdman dırmanması (boulderinq növü) üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyi keçiriləcək. Gənc idmançılar bu turnirdə bacarıqlarını nümayiş etdirmək və zirvəyə doğru irəliləmək şansı əldə edəcəklər.
Yarışın təşkili yüksək səviyyədə həyata keçiriləcək və təhlükəsizlik tədbirləri tam təmin olunacaq. Gənclər və İdman Nazirliyi və Azərbaycan Alpinizm Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq tədbirin iştirakçıları sonda müxtəlif hədiyyə və medallarla təltif olunacaqlar.
Giriş hər kəs üçün sərbəst və ödənişsizdir. Bu isə idmana marağı olan şəxslər üçün yarışları izləmək baxımından əla fürsətdir.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bakı İdman Dırmanması Mərkəzi Bakı İdman Dırmanması Mərkəzi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər