
Atletika üzrə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında ölkə yay birinciliyi
14 iyun 2024
- 15 iyun 2024
Tədbir haqqında:
14-15 iyun 2024-cü il, saat 15:30-da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası tərəfindən Azərbaycan İdman Akademiyasının stadionunda 2009-2010-cu il təvəllüdlü idmançılar arasında ölkə yay birinciliyi keçiriləcək.
Yarışın proqramına nizə atma, hündürlüyə tullanma, 110 m və 400 m məsafəyə sədlərlə qaçış, nüvə itələmə, lövhə atma, çəkic atma, uzunluğa tullanma, üç təkanla tullanma, 100 m, 200 m, 400 m, 800 m, 1500 m məsafəyə qaçış, 4x100 m məsafəyə miks estafet qaçış növləri daxildir.
Yarışda 200 nəfərdən çox idmançı iştirak edəcək.
Ünvan:
Xəritə üzərində:
İstiqamət: