
Kriterium üzrə Ölkə Kubokunun II Mərhələsi
24 may 2025
- 25 may 2025
Tədbir haqqında:
Azərbaycan velosiped idmanı üzrə ən maraqlı və gərgin yarışlarından biri olan Kriterium üzrə Ölkə Kubokunun II mərhələsi may ayının 24-25-də Bakıdakı Veloparkda baş tutacaq. İki gün ərzində davam edəcək yarışda ölkənin müxtəlif bölgələrindən olan peşəkar velosipedçilər mübarizə aparacaqlar. Təxminən 70 idmançı və 15 hakimin iştirakı ilə həyata keçəcək yarış izləyicilərdə həyəcanı artıracaq. Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışın qalibləri medal və mükafatlarla təltif olunacaqlar. Yarış ictimaiyyət üçün açıqdır və tamaşaçılar üçün giriş ödənişsizdir.
Velosiped idmanına maraq göstərən hər kəsi bu möhtəşəm tədbirdə iştirak etməyə dəvət edirik!
Ünvan:
Xəritə üzərində:
İstiqamət: