Velosiped idmanının trek növü üzrə mövsümün bağlanış yarışı

26 oktyabr 2024 - 27 oktyabr 2024

Tədbir haqqında:

26-27 oktyabr 2024-cü il tarixlərində Bakı şəhəri Respublika Velotreki ərazisində velosiped idmanının trek növü üzrə mövsümün bağlanış yarışı keçiriləcək. 

Yarışda Azərbaycan Respublikasında fəaliyyət göstərən idman məktəbləri (ROEQİUGVM, Təhsil RİM PHŞ), klubları və cəmiyyətləri, həmçinin Velosiped Federasiyası tərəfindən müvafiq lisenziya əldə etmiş fərdi peşəkar idmançılar iştirak edə bilərlər.

26 oktyabr 2024-cü il tarixdə GİT 200/500/1000 m. məsafələrdə qadınlar (bütün kateqoriyalar), yeniyetmə oğlanlar (2010-2011-ci il təvəllüdlü), yeniyetmə oğlanlar (2008-2009-cu il təvəllüdlü), kişilər U23, Elit, gənc oğlanlar (2006-2007-ci il təvəllüdlü) arasında keçiriləcək. 

 27 oktyabr 2024-cü il tarixdə fərdi ötüşmə, qadınlar (bütün kateqoriyalar)  - 2000 m., yeniyetmə oğlanlar (2010-2011-ci il təvəllüdlü) – 2000 m., yeniyetmə oğlanlar (2008-2009-cu il təvəllüdlü) - 2000 m., gənc oğlanlar (2006-2007-ci il təvəllüdlü) – 3000 m, kişilər U23 – 4000 m., Elit – 4000 m. arasında keçiriləcək. 

Yarışın idarə olunması Azərbaycan Velosiped Federasiyası tərəfindən təyin olunan hakimlərin və baş katibin rəhbərliyi altında həyata keçiriləcəkdir. Qalib və mükafatçılar Azərbaycan Velosiped Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaqlar. 

Ünvan:

Bakı şəhəri Respublika Velotreki

Xəritə üzərində:

İstiqamət:

Bakı şəhəri Respublika Velotreki Google Maps’də aç Waze’də aç

Əlaqə vasitələri:

Yarışı paylaş:

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər