“TeamGym” üzrə Avropa çempionatı

16 oktyabr 2024 - 19 oktyabr 2024

Tədbir haqqında:

Oktyabrın 16-dan 19-dək Bakıda ilk dəfə olaraq “TeamGym” üzrə Avropa çempionatı keçiriləcək. Bu, 3 alət üzrə çıxışları əhatə edən komanda yarışıdır. İştirakçılar “TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini-batut) üzərində bacarıqlarını nümayiş etdirəcəklər. Avropa qitəsinin ən yaxşı komandaları Milli Gimnastika Arenasında çempion titulu uğrunda mübarizə aparacaqlar. 

Artıq on dörd ölkənin nümayəndələri Avropa çempionatında iştirak etmək üçün qeydiyyatdan keçib. Milli Gimnastika Arenasında Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Norveç, İsveç və təbii ki, yarışın ev sahibi komandasının idmançıları çıxış edəcəklər. Bakıya 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla, ümumilikdə 498 idmançı gələcək. 28 hakim öz növünün əsl ustası olanların çıxışlarını qiymətləndirəcək.

Ünvan:

Milli Gimnastika Arenası

Xəritə üzərində:

İstiqamət:

Milli Gimnastika Arenası Google Maps’də aç Waze’də aç

Əlaqə vasitələri:

Yarışı paylaş:

Faydalı məlumatlar

Nəticələr

Digər tədbirlər