
Atletika üzrə ölkə çempionatı
6 iyun 2025
- 7 iyun 2025
Tədbir haqqında:
Atletika üzrə ölkə çempionatı
6-7 iyun tarixlərində Bakıda Azərbaycan İdman Akademiyası stadionunda atletika üzrə ölkə çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyi eləcə də Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarış saat 16:00-dan start götürəcək. 160 idmançı, 20 məşqçi və 45 hakimin iştirakı ilə keçirilən yarış ölkə səviyyəsində yüksək gərginlik və idman coşğusu ilə müşayiət olunacaq. İştirakçılar müxtəlif atletika növlərində mübarizə aparacaqlar. Atletika üzrə ən güclü idmançılar müəyyən olunacaq. Yarışda yüksək dinamika və maraqlı anlar gözlənilir. Yarışın qaliblərinə sonda müxtəlif medal və hədiyyələr təqdim olunacaq. Tamaşaçılar üçün açıq olan bu tədbir idmansevərləri stadiona toplayacaq. Bu, atletika həvəskarları üçün əla fürsətdir. Giriş sərbəst və ödənişsizdir.
Ünvan:
Xəritə üzərində:
İstiqamət: