
Həndbol üzrə avrokubok - Azərbaycan-Macarıstan
19 oktyabr 2025
- 19 oktyabr 2025
17:00
Tədbir haqqında:
19 oktyabr tarixində Mingəçevirdə həndbol azarkeşlərini maraqlı oyun gözləyir. Saat 17:00-da baş tutacaq qarşılaşmada oğlanlardan ibarət “Kür” komandası Macarıstan təmsilçisi Balatonfüredi KSE ilə üz-üzə gələcək. Görüş “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Bu yarış beynəlxalq səviyyəli rəqiblərin qarşılaşması olması ilə yanaşı, həm də gənc həndbolçular üçün ciddi sınaq meydanı olacaq.
Gəlin tribunalarda komandamıza dəstək olaq!
Biletləri iTicket.az saytından əldə edə bilərsiniz.
Xəritə üzərində:
İstiqamət: