Bədii gimnastika üzrə “Ocaq Sport” klubunun 7-ci açıq birinciliyi

16 oktyabr 2025 - 18 oktyabr 2025

10:00

Tədbir haqqında:

16–18 oktyabr tarixlərində Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə “Ocaq Sport” Klubunun VII Açıq Birinciliyi keçiriləcək. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gimnastika Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışda müxtəlif yaş kateqoriyalarından olan gimnastlar çıxış edəcək, incə hərəkətləri və zərif proqramları ilə tamaşaçılara unudulmaz anlar yaşadacaqlar.

Yarış gənc istedadların üzə çıxarılmasına, idmançılar arasında sağlam rəqabətin gücləndirilməsinə və ölkədə bədii gimnastika idman növünün daha da inkişafına xidmət edir. Qaliblər müxtəlif medal və mükafatlarla təltif olunacaqlar.

Azarkeşlər üçün giriş sərbəstdir. Gəlin bu həyəcanı birlikdə yaşayaq!

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bakı Olimpiya İdman Kompleksi Bakı Olimpiya İdman Kompleksi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər