
Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı
6 avqust 2026
- 6 avqust 2026
10:00
Tədbir haqqında:
6 avqust 2026-cı il saat 10:00-da Bakıda, İdman-Tennis Kompleksində dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçiriləcək. Müxtəlif strukturlardan olan 35 iştirakçı bu yarışda öz güclərini sınayacaq, sağlam rəqabət və idman ruhu nümayiş etdirəcəklər.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışın qaliblərinə sonda müxtəlif medal və mükafatlar təqdim olunacaq. Tədbir iştirakçıların asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği və idmana marağın artırılmasına xidmət edir.
Azarkeşlər üçün giriş sərbəstdir. Gəlin bu həyəcanı birlikdə yaşayaq!
Xəritə üzərində:
İstiqamət: