“SportAccord” Dünya İdman və Biznes Sammiti

24 may 2026 - 28 may 2026

10:00

Tədbir haqqında:

Bakının 2026-cı ilin 24–28 may tarixlərində ev sahibliyi edəcəyi “SportAccord” Dünya İdman və Biznes Sammiti beynəlxalq idman ictimaiyyətinin ən nüfuzlu müzakirə platformalarından biri hesab olunur. Bu mötəbər tədbirin təqdimat mərasimi artıq keçirilib.

2003-cü ildə təsis edilən “SportAccord” bu gün həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərini təmsil edən 120-dən çox beynəlxalq federasiyanı, Beynəlxalq Olimpiya Komitəsini və digər nüfuzlu idman təşkilatlarını bir araya gətirən tanınmış qurumlardan biridir.

Sammit idman sahəsinin ən nüfuzlu beynəlxalq forumudur. Ənənəvi olaraq tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti, eləcə də rəhbər şəxsləri, beynəlxalq idman federasiyalarının rəhbərləri və dünya idman ictimaiyyətində yüksək nüfuza malik nümayəndələr iştirak edir. 

Sammitin əsas məqsədləri idmanın qlobal inkişafına dəstək göstərmək, müxtəlif idman qurumları arasında əməkdaşlığı möhkəmləndirmək, eləcə də idmanın sosial, iqtisadi və mədəni dəyərlərini dünyada təşviq etməkdən ibarətdir.

Bakıda keçiriləcək sammit ölkəmizin beynəlxalq idman diplomatiyasında mövqeyini daha da gücləndirəcək və Azərbaycanı qlobal idman ailəsinin aparıcı mərkəzlərindən biri kimi tanıdacaq.

Məkan: Bakı Konqres Mərkəzi, Heydər Əliyev Mərkəzi - Açılış və bağlanış mərasimi

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bakı Konqres Mərkəzi Bakı Konqres Mərkəzi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər