Kamandan oxatma üzrə məktəblilər arasında Bakı şəhər birinciliyi

10 dekabr 2026 - 11 dekabr 2026

10:00

Tədbir haqqında:

 

10–11 dekabr tarixlərində, saat 10:00-da Bakıda, Focus İdman Klubunda məktəblilər arasında kamandan oxatma üzrə Bakı şəhər birinciliyi keçiriləcək. Yarışda müxtəlif ümumtəhsil məktəblərinin 50-dən çox şagirdi bacarıqlarını nümayiş etdirəcək, sağlam rəqabət və həmrəylik şəraitində mübarizə aparacaqlar.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq bu yarış məktəblilər arasında kamandan oxatma idman növünə marağın artırılmasına, sağlam həyat tərzinin təşviqinə və yeni istedadların üzə çıxarılmasına xidmət edir. Qaliblərə müxtəlif medal və dəyərli mükafatlar təqdim olunacaq.
Giriş sərbəstdir! Gəlin bu həyəcanı birlikdə yaşayaq!

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Focus İdman Klubu Focus İdman Klubu
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər