
Şahmatın rapid və blits növləri üzrə ölkə çempionatı
4 dekabr 2025
- 8 dekabr 2025
10:00
Tədbir haqqında:
Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.
4-8 dekabr tarixlərində təşkil olunacaq rapid və blits üzrə kişilər və qadınlar arasında ölkə çempionatları İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq. Çempionatda kişilər arasında FİDE əmsalı (klassik, rapid və ya blits) 2100-dən yuxarı olan, qadınlar arasında isə 2000-dən yuxarı olan şahmatçılar iştirak edə bilər.
Yarışın ümumi mükafat fondu 10 000 manat təşkil edir. Bu məbləğin 6000 manatı kişilərin, 4000 manatı isə qadınların turnirində oynanılacaq.
Yarış sistemi və turların sayı iştirakçıların sayından asılı olaraq dəyişə bilər
Qeyd edək ki, ölkə çempionatlarında ilk 3 yeri tutacaq şahmatçılar Qətərdə keçiriləcək dünya çempionatına ezam olunacaqlar.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən bu mötəbər yarışın sonunda qaliblərə müxtəlif metal və dəyərli mükafatlar təqdim olunacaq. Oyunların dinamikası izləyicilərə həyəcanlı və yadda qalan anlar bəxş edəcək.
Azarkeşlər üçün giriş sərbəstdir. Gəlin birlikdə şahmatın sürətli ritmini izləyək və çempionlarımızı dəstəkləyək!
Xəritə üzərində:
İstiqamət: