
Alpaqut Turan döyüş sənəti üzrə ölkə birinciliyi və çempionatı
11 oktyabr 2025
- 12 oktyabr 2025
10:00
Tədbir haqqında:
11-12 oktyabr 2025-ci il tarixlərində Sərhədçi Olimpiya İdman Kompleksində Alpaqut Turan döyüş sənəti üzrə uşaqlar, gənclər və böyüklər arasında ölkə birinciliyi və çempionatı keçiriləcək. Yarış Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Turnirdə ölkənin müxtəlif bölgələrindən idmançılar iştirak edəcək və onlar güc, çeviklik və döyüş bacarıqlarını nümayiş etdirəcəklər. Gərgin mübarizənin sonunda qaliblərə medal və mükafatlar təqdim olunacaq.
Milli idman növlərimizin inkişafı və gənclərin bu sahəyə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyan bu möhtəşəm tədbirdə siz də iştirak edin. Gəlin birgə həyəcanı yaşayaq və idmançılarımıza dəstək olaq!
Xəritə üzərində:
İstiqamət: