FIS Dünya Kubokunun final mərhələsi

14 mart 2026 - 15 mart 2026

10:00

Tədbir haqqında:

 

14-15 mart 2026-cı il tarixlərində Şahdağ qış-xizək mərkəzində möhtəşəm qış idman tədbiri – FIS Moqul üzrə Dünya Kubokunun final mərhələsi ilk dəfə Azərbaycan Respublikasında keçiriləcəkdir.  2025–2026 mövsümü üzrə Dünya Kuboku yarışlarının Ruka (Finlandiya), Secret Garden (Çin), Lac- Beauport və Val St. Come (Kanada), Lake Placid və Deer Valley (ABŞ), Nanto–Toyama (Yaponiya), Almatı (Qazaxıstan) şəhərlərində keçirilməsi nəzərdə tutulur. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Qış İdman növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq bu yarış dünyanın ən güclü xizəkçilərini bir araya gətirəcək. İdmançılar sürət, dəqiqlik və dözümlülüklə dolu həyəcanlı çıxışları ilə tamaşaçılara unudulmaz anlar yaşadacaqlar. 

Azarkeşlər üçün giriş sərbəstdir! Gəlin birlikdə bu möhtəşəm finalın həyəcanını yaşayaq və idmançılarımıza dəstək olaq!

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Şahdağ, Qusar Şahdağ, Qusar
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər