Bədii gimnastika üzrə “Grace of Nature”

24 oktyabr 2025 - 26 oktyabr 2025

10:00

Tədbir haqqında:

 

24-26 oktyabr tarixlərində Qəbələ Olimpiya İdman Kompleksində möhtəşəm bir idman bayramı baş tutacaq. 2025-ci ilin “İdman Paytaxtı” olan Qəbələ bu dəfə bədii gimnastika üzrə “Grace of Nature” turnirinə ev sahibliyi edəcək.

Turnirdə kiçiklər, balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyasında gimnastlar çıxış edəcəklər. Fərdi yarışlarda çoxnövçülük və alətlər üzrə proqramlar, qrup hərəkətlərində isə incəliklə zərifliyi birləşdirən alətli çıxışlar nümayiş etdiriləcək. Ölkənin müxtəlif klublarından gələn idmançıların iştirakı yarışa xüsusi rəng qatacaq.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Gimnastika Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək bu turnirin sonunda qaliblərə müxtəlif medal və mükafatlar təqdim olunacaq.

Giriş sərbəstdir! Qəbələdə təbiətin gözəlliyi və idmanın gücünü canlı izləmək fürsətini qaçırmayın!

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Qəbələ Olimpiya İdman Kompleksi Qəbələ Olimpiya İdman Kompleksi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər