Atletika üzrə Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir

10 fevral 2026 - 10 fevral 2026

10:00

Tədbir haqqında:

 

2026-cı ilin fevral ayında Bakı Atletika Mərkəzində mötəbər atletika yarışı keçiriləcək. Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş bu beynəlxalq turnirlə yanaşı, 2009-2010 və 2011-2012-ci il təvəllüdlü idmançılar arasında ölkə birinciliyi, eləcə də böyüklər arasında ölkə çempionatı təşkil olunacaq.

Turnir Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq və dünyanın müxtəlif ölkələrindən atletlər güclərini sınayacaqlar. Ən sürətli, ən çevik və ən dözümlü idmançıların mübarizəsi tamaşaçılar üçün əsl idman bayramına çevriləcək.

Yarışın sonunda qaliblərə müxtəlif medal və dəyərli mükafatlar təqdim olunacaq. Azarkeşlər üçün giriş sərbəstdir!

 

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bakı Atletika Mərkəzi Bakı Atletika Mərkəzi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər