Cüdo üzrə dünya çempionatı

4 oktyabr 2026 - 11 oktyabr 2026

10:00

Tədbir haqqında:

2026-cı ildə Bakıda cüdo üzrə dünya çempionatı keçiriləcək. Dünyanın ən güclü cüdoçuları paytaxtımıza gələrək möhtəşəm mübarizə aparacaqlar. Bu yarış Los-Anceles 2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları üçün əsas yarışlardan biridir. Yarış ölkəmizin beynəlxalq idman nüfuzunu daha da artıracaq və idman tariximizdə silinməz iz qoyacaq. Bundan əvvəl cüdo üzrə böyüklər arasında dünya çempionatı 2018-ci ildə də Bakıda keçirilib.
Çempionat Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçiriləcək. Qaliblər medal və müxtəlif mükafatlarla təltif olunacaqlar. Hər birinizi bu möhtəşəm yarışı izləməyə dəvət edirik. Gəlin bu həyəcanı birgə yaşayaq!

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Milli Gimnastika Arenası Milli Gimnastika Arenası
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər