Voleybol üzrə qadınlar arasında Avropa çempionatının C qrup oyunları

21 avqust 2026 - 28 avqust 2026

10:00

Tədbir haqqında:

21-28 avqust 2026-cı il tarixlərində Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunları keçiriləcək. Avropanın ən güclü 6 milli komandaları paytaxtımızda bir araya gələrək çempionluq uğrunda mübarizə aparacaqlar. Milli Gimnastika Arenasında baş tutacaq bu mötəbər turnir ölkəmizdə qadın idmanının inkişafına da mühüm stimul olacaq.
Çempionat Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçiriləcək. Bakıda keçiriləcək qrup mərhələsində ilk 4 pilləni tutan milli komandalar Avropa çempionatının növbəti mərhələsinə vəsiqə qazanacaqlar. Avropa çempionatının ev sahibləri Azərbaycan, Çexiya, İsveç, və Türkiyədir. Final oyunları Türkiyədə olacaq. Avropa çempionatı isə ümumilikdə 21 avqust-6 sentyabr tarixlərində keçiriləcək. Millimizə dəstək olmaq üçün biletləri iTicket.az saytından əldə edə bilərsiniz.

🏆 AVRO–2026 | C QRUPU OYUNLARININ TƏQVİMİ

📅 21 avqust

🕖 19:00
🇦🇿 Azərbaycan – 🇵🇹 Portuqaliya

📅 22 avqust

🕞 15:30
🇧🇪 Belçika – 🇪🇸 İspaniya

🕡 18:30
🇷🇴 Rumıniya – 🇳🇱 Niderland

📅 23 avqust

🕞 15:30
🇵🇹 Portuqaliya – 🇧🇪 Belçika

🕡 18:30
🇪🇸 İspaniya – 🇦🇿 Azərbaycan

📅 24 avqust

🕞 15:30
🇳🇱 Niderland – 🇵🇹 Portuqaliya

🕡 18:30
🇦🇿 Azərbaycan – 🇷🇴 Rumıniya

📅 25 avqust

🕞 15:30
🇷🇴 Rumıniya – 🇧🇪 Belçika

🕡 18:30
🇳🇱 Niderland – 🇪🇸 İspaniya

📅 26 avqust

🕞 15:30
🇪🇸 İspaniya – 🇵🇹 Portuqaliya

🕡 18:30
🇧🇪 Belçika – 🇦🇿 Azərbaycan

📅 27 avqust

🕞 15:30
🇳🇱 Niderland – 🇧🇪 Belçika

🕡 18:30
🇵🇹 Portuqaliya – 🇷🇴 Rumıniya

📅 28 avqust

🕞 15:30
🇪🇸 İspaniya – 🇷🇴 Rumıniya

🕡 18:30
🇦🇿 Azərbaycan – 🇳🇱 Niderland

Qiymət və qeydiyyat:

Qiymət

5 ₼-dən başlayaraq

Bilet al

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Milli Gimnastika Arenası Milli Gimnastika Arenası
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər