Solo kapoeyra üzrə Bakı çempionatı və "Batizado" seminarları

18 aprel 2026 - 19 aprel 2026

10:00

Tədbir haqqında:


18-19 aprel 2026-cı il tarixində Balaxanı İdman Mərkəzində kapoeyra həvəskarlarını böyük idman bayramı gözləyir! Fərdi çıxışlar üzrə keçiriləcək bu möhtəşəm turnir bütün yaş qruplarını əhatə edəcək. Tədbir çərçivəsində xarici ustadların iştirakı ilə “Batizado” seminarları təşkil olunacaq və idmançılar kəmər dərəcələri qazanacaqlar.

300-dən çox idmançı və 20 məşqçinin iştirak edəcəyi bu unikal yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Kapoeyra Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək. Yarışın qaliblərinə müxtəlif medal və mükafatlar təqdim olunacaq.

Azarkeşlər üçün giriş sərbəstdir! Gəlin bu həyəcanı birlikdə yaşayaq!

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Balaxanı İdman Mərkəzi Balaxanı İdman Mərkəzi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər