
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi: Azərbaycan - İslandiya
13 noyabr 2025
- 13 noyabr 2025
21:00
Tədbir haqqında:
2025-ci il noyabrın 13-də, saat 21:00-da Bakıdakı “Neftçi Arena” stadionunda futbol üzrə Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi İslandiya yığması ilə qarşılaşacaq. Bu oyun milli komandamız üçün mühüm əhəmiyyət daşıyır və azarkeşlərin dəstəyi qələbə yolunda böyük rol oynayacaq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək görüş futbolsevərlərə unudulmaz anlar yaşadacaq. Oyunun gedişində komandamızın gənc və təcrübəli oyunçularının mübarizəsi hər kəsdə böyük maraq doğuracaq.
Bütün futbolsevərlər stadiona dəvət olunurlar. Gəlin milli komandamızla birlikdə bu həyəcanı paylaşaq və qalibiyyət üçün onları dəstəkləyək!
Xəritə üzərində:
İstiqamət: