
Cüdo üzrə qızlar və oğlanlar arasında ne-vaza üzrə ACF Kuboku
29 yanvar 2026
- 30 yanvar 2026
10:00
Tədbir haqqında:
29–30 yanvar 2026-cı il tarixlərində Bakıda ne-vaza üzrə ACF Kuboku keçiriləcək. Turnirdə U-17 yaş kateqoriyasına daxil olan (2009–2011-ci il təvəllüdlü) qız və oğlan idmançılar mübarizə aparacaqlar. Yarış gənc idmançıların peşəkar bacarıqlarının artırılmasına, sağlam rəqabətin təşviqinə və bu idman növünün ölkəmizdə daha da inkişafına xidmət edir.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq turnirin qaliblərinə medal və müxtəlif mükafatlar təqdim olunacaq.
Azarkeşlər üçün giriş sərbəstdir! Gəlin bu həyəcanı birlikdə yaşayaq!
Xəritə üzərində:
İstiqamət: