
Cüdo üzrə kişilərin Liqa yarışının 1-ci turu
15 yanvar 2026
- 16 yanvar 2026
10:00
Tədbir haqqında:
15–16 yanvar tarixlərində FHN-in İdman-Sağlamlıq Mərkəzində kişilərin Liqa yarışının 1-ci turu keçiriləcək. Yarışda böyüklər (böyüklər – 2009-cu və əvvəlki illər üzrə) kateqoriyasında çıxış edən idmançılar mübarizə aparacaq və yüksək rəqabət şəraitində maraqlı görüşlər təqdim edəcəklər. Bu turnir həm idmançıların peşəkarlığının artırılmasına, həm də ölkədə liqa sisteminin gücləndirilməsinə mühüm töhfə verir.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq yarışın qaliblərinə medal və müxtəlif mükafatlar təqdim olunacaq.
Azarkeşlər üçün giriş sərbəstdir! Gəlin bu həyəcanı birlikdə yaşayaq!
Xəritə üzərində:
İstiqamət: