
Bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turniri
24 oktyabr 2026
- 26 oktyabr 2026
10:00
Tədbir haqqında:
Oktyabrın 24-dən 26-dək Qəbələ Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə “Grace of Nature” turniri təşkil olunacaq. 2025-ci ilin “İdman Paytaxtı” elan edilən Qəbələ bu dəfə zəriflik və gücün birləşdiyi mötəbər yarışa ev sahibliyi edəcək.
Turnirdə gimnastlar kiçiklər, balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında çıxış edəcəklər. Fərdi yarışlarda çoxnövçülük və alətlər üzrə proqramlar, qrup hərəkətlərində isə alətlərlə çıxışlar təqdim olunacaq.
Yarışda ölkənin müxtəlif klublarını təmsil edən gimnastların iştirakı turnirə rəng qatacaq. Təbiətin gözəlliyi ilə idmanın gücünü özündə birləşdirən Qəbələ idmansevərləri bir araya gətirəcək.
Tamaşaçılar zəriflik və incəlik dolu bu çıxışları canlı izləmək imkanı əldə edəcəklər.
📍 Məkan: Qəbələ Olimpiya İdman Kompleksi
📆 Tarix: 24–26 oktyabr
🎟 Giriş sərbəstdir
Xəritə üzərində:
İstiqamət: