Bloqerlər arasında avarçəkmə yarışı

24 sentyabr 2025 - 24 sentyabr 2025

10:00

Tədbir haqqında:

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 24 sentyabr tarixində maraqlı və fərqli bir tədbirə imza atacaq. Bu dəfə bloqerlər arasında avarçəkmə yarışı keçiriləcək. Yarış saat 11:00-da start götürəcək və Dənizkənarı Bulvar ərazisində baş tutacaq.

Layihənin əsas məqsədi həm gənclər arasında sağlam həyat tərzinin təşviqi, həm də idmanın təbliği istiqamətində maraqlı bir platforma yaratmaqdır. Bloqerlərin iştirakı yarışa əlavə rəng qatacaq, sosial şəbəkələrdə idmanın daha geniş auditoriyaya çatmasına şərait yaradacaq.

Tamaşaçılar üçün əyləncəli və maraqlı anlar təqdim edəcək bu tədbir, həm də idman və yaradıcılığın birləşməsinə nümunə olacaq. 

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Dənizkənarı Bulvar Dənizkənarı Bulvar
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər