Fiqurlu konkisürmə üzrə yeniyetmələr arasında Qran-Pri

23 sentyabr 2025 - 26 sentyabr 2025

10:00

Tədbir haqqında:

Fiqurlu konkisürmə üzrə yeniyetmələr arasında Qran-Pri yarışı 23–26 sentyabr 2025-ci il tarixlərində Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək. Bu mötəbər turnirdə gənc və istedadlı konkisürənlər buz üzərində öz məharətlərini nümayiş etdirəcək, tamaşaçılara yaddaqalan anlar yaşadacaqlar. Yarış Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Gənclərin peşəkar inkişafı və bu idman növünün ölkəmizdə təbliği baxımından böyük əhəmiyyət kəsb edən yarışda qaliblərə müxtəlif medal və mükafatlar təqdim olunacaq. Bu tədbir həm də yeniyetmələrin beynəlxalq arenaya çıxışları üçün önəmli hazırlıq mərhələsi rolunu oynayacaq.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Heydər Əliyev adına İdman-Konsert Kompleksi Heydər Əliyev adına İdman-Konsert Kompleksi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər