“Zəfər Nəsli Forumu”

7 noyabr 2026 - 7 noyabr 2026

10:00

Tədbir haqqında:

7 noyabr tarixində Bakı şəhərində yerləşən “Marriott Boulevard” Hoteldə “Zəfər Nəsli Forumu” keçiriləcək. Forumun əsas məqsədi Zəfər ruhunu yaşadan, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və gələcəyə inamla baxan gənc nəslin bir araya gəlməsini təmin etməkdir.

Forum çərçivəsində Azərbaycanın tarixi Zəfərinin əhəmiyyəti, milli kimlik, vətənpərvərlik, gənclərin cəmiyyətin inkişafında rolu və gələcək nəsillərin qarşısında duran vəzifələr ətrafında müzakirələr aparılacaq.

Tədbir iştirakçıları öz fikir və təcrübələrini bölüşəcək, aktual mövzular ətrafında fikir mübadiləsi aparacaq və yeni təşəbbüslərin formalaşmasına töhfə verəcəklər. Forum həmçinin gənclər arasında əməkdaşlığın, həmrəyliyin və birgə fəaliyyət imkanlarının genişləndirilməsi baxımından mühüm platforma olacaq.

“Zəfər Nəsli Forumu” yalnız keçmiş qələbəmizin təntənəsi deyil, həm də gələcək hədəflərimizin, milli birliyimizin və güclü Azərbaycan naminə ortaq məsuliyyətimizin ifadəsidir. Zəfər ruhunu yaşatmaq, onu gələcək nəsillərə ötürmək və bu ruhla yeni uğurlara imza atmaq forumun əsas ideyasını təşkil edir.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Baku Marriott Hotel Boulevard Baku Marriott Hotel Boulevard
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər