“Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi

7 noyabr 2026 - 9 noyabr 2026

10:00

Tədbir haqqında:

7-9 noyabr 2026-cı il tarixlərində Göygöl Olimpiya İdman Kompleksində “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunacaq.

Düşərgənin əsas məqsədi gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, milli-mənəvi dəyərlərin təbliği və hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsidir.

Üç gün davam edəcək düşərgə çərçivəsində iştirakçıların fiziki hazırlığının, komanda ilə işləmək bacarıqlarının və liderlik keyfiyyətlərinin inkişafına yönəlmiş müxtəlif fəaliyyətlərin təşkili nəzərdə tutulur.

“Poliqon” hərbi-vətənpərvərlik düşərgəsi gənclərin vətənə bağlılıq, məsuliyyət və birlik ruhunda formalaşmasına, eləcə də onların hərbi-vətənpərvərlik bilik və bacarıqlarının artırılmasına töhfə verəcək.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Göygöl Olimpiya İdman Kompleksi Göygöl Olimpiya İdman Kompleksi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər