Qadın voleybolçular arasında Super Liqanın I turu (“Azərmaş Abşeron” - “Naxçıvan”)

6 noyabr 2026 - 6 noyabr 2026

16:00

Tədbir haqqında:

Noyabrın 6-da voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasının I turu çərçivəsində daha bir maraqlı qarşılaşma keçiriləcək.
Turun oyununda “Azərmaş Abşeron” və “Naxçıvan” komandaları üz-üzə gələcəklər. Hər iki kollektiv yeni mövsümə uğurlu start vermək və ilk turdan aktivinə qələbə yazdırmaq niyyətindədir.
Qarşılaşmanın rəqabətli və gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir. Komandalar meydançada öz oyun üstünlüklərini nümayiş etdirməyə çalışacaqlar.
Görüş noyabrın 6-da saat 16:00-da başlayacaq.
Voleybol azarkeşlərini Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək qarşılaşmanı izləməyə dəvət edirik.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

GİN Voleybol Mərkəzi GİN Voleybol Mərkəzi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər