Boks üzrə kadetlər arasında zona birinciliyi və final yarışı

1 fevral 2027 - 7 fevral 2027

10:00

Tədbir haqqında:

1-7 aprel 2027-ci il tarixlərində Bakı Boks Mərkəzində təşkil olunacaq. Regional çempionatlarda və ilkin seçmələrdə yüksək ustalıq nümayiş etdirərək fərqlənən gənc dəri əlcək ustaları paytaxtda bir araya gələrək ən güclünü müəyyən etmək üçün mübarizə aparacaqlar. Bu yarış respublika miqyasında yeniyetmə boksçuların mövcud hazırlıq səviyyəsini dəyərləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Paytaxtın ən müasir idman arenalarından biri olan Bakı Boks Mərkəzində keçiriləcək final döyüşləri həm də milli seleksiyaçılar üçün geniş imkanlar yaradacaq. Yarışların əsas hədəfi beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edə biləcək yeniyetmələrdən ibarət yığma komandanın özəyini formalaşdırmaqdır. Yüksək rəqabət şəraitində keçəcəyi gözlənilən turnirin sonunda qaliblər rəsmi təşkilatçılar tərəfindre medal, diplom və xüsusi mükafatlarla təltif ediləcəklər.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Azərbaycan Boks Federasiyası Azərbaycan Boks Federasiyası
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər