Cüdo qadınlar və kişilər arasında şəxsi və komandalar üzrə Azərbaycan çempionatı

4 dekabr 2026 - 5 dekabr 2026

10:00

Tədbir haqqında:

4–5 dekabr 2026-cı il tarixlərində Bakı İdman Sarayında qadınlar və kişilər arasında şəxsi və komandalar üzrə Azərbaycan çempionatı keçiriləcək. 2010-cu il təvəllüdlü və ondan əvvəlki illərdə anadan olmuş qadın və kişi idmançıların iştirak edəcəyi yarış ölkənin müxtəlif bölgələrindən ən güclü cüdoçuları bir araya gətirəcək. Çempionat çərçivəsində iştirakçılar həm fərdi, həm də komanda hesabında qalibiyyət uğrunda mübarizə aparacaqlar. Yarışın əsas məqsədi idmançıların hazırlıq səviyyəsinin qiymətləndirilməsi, ölkə üzrə ən güclü cüdoçuların müəyyən olunması və beynəlxalq yarışlara potensial namizədlərin seçilməsidir. Gərgin qarşılaşmalar və yüksək rəqabət şəraitində keçməsi gözlənilən çempionat idmansevərlərə maraqlı anlar yaşadacaq.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bakı İdman Sarayı Bakı İdman Sarayı
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər