“YOL. Dövlət: Ənənə və Transformasiya” layihəsi

15 oktyabr 2026 - 31 dekabr 2026

10:00

Tədbir haqqında:

Bəzən ən maraqlı müzakirələr yolun özündə başlayır!

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən yeni layihəyə start verilir. “YOL. Dövlət: Ənənə və Transformasiya” layihəsi gəncləri Azərbaycanın dövlətçilik ənənələri, tarixi təcrübəsini öyrənməyə, gələcək inkişaf perspektivləri ətrafında düşünməyə və fikir mübadiləsi aparmağa dəvət edir.

Layihə çərçivəsində seçiləcək 30 gənc Bakıdan qatarla yola çıxacaq. Bu yolda Azərbaycançılıq nədir, Azərbaycan tarixi və dövlətçiliyi, iqtisadiyyat, neft-qaz strategiyası və insan kapitalı, Zəfər tarixindən başlayan yeni mərhələ, ideoloji təsirlər mövzularında nüfuzlu ekspertlərlə görüşlər, müzakirələr və interaktiv təlimlər keçiriləcək. Görüşlərə interaktiv hazırlıq və qazanılan biliklərin “emalı laboratoriyası”nın ilki siz olacaqsız.

Qəbələ, Gəncə və Qazaxda keçiriləcək “magisterium”larda yerli gənclər dinləmələrdə qoşulacaq. 

Marşrut: 

📍 Marşrut: Bakı – Qəbələ - Bakı

📍 Bakı– Gəncə – Bakı

📍 Bakı – Qazax -Bakı

📅 Layihənin icra müddəti: 15 oktyabr - 31 dekabr 2026-cı il

 

🔗 Qeydiyyat üçün: https://gencler.az/events/yol2026

📝 Son qeydiyyat tarixi: 10 noyabr 2026-cı il, saat 18:00

YOL - Yaddaşı itirməmək, var olmaq və ləyaqətlə yaşamaqdır.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bakı Bakı
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr