Aerials və moqul üzrə Dünya Kubokunun finalı

5 mart 2027 - 7 mart 2027

10:00

Tədbir haqqında:

5-7 mart 2027-ci il tarixlərində sərbəst xizəyin aerials və moqul növlərində Dünya Kubokunun final mərhələsi keçiriləcək.

Yarış Şahdağ Turizm Mərkəzində təşkil olunacaq. Mövsümün yekun yarışında dünyanın müxtəlif ölkələrindən olan güclü idmançıların iştirakı gözlənilir.

Üç gün davam edəcək final mərhələsində iştirakçılar aerials və moqul üzrə texniki hazırlıq, çeviklik və ustalıqlarını nümayiş etdirərək yüksək nəticələr uğrunda mübarizə aparacaqlar.

Dünya Kubokunun finalının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq qış idmanı yarışlarına ev sahibliyi imkanlarını bir daha nümayiş etdirəcək və “Şahdağ” Turizm Mərkəzinin beynəlxalq idman arenalarında tanıdılmasına töhfə verəcək.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Şahdağ Turizm Mərkəzi Şahdağ Turizm Mərkəzi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər