
Kamandan oxatma üzrə “Zəfər kuboku”
12 noyabr 2026
- 13 noyabr 2026
10:00
Tədbir haqqında:
12–13 noyabr tarixlərində saat 10:00-da Bakıda, Focus İdman Klubunda “Zəfər Gününə” həsr olunmuş Zəfər Kuboku yarışı keçiriləcək. Turnirdə müxtəlif yaş kateqoriyalarından olan 30 peşəkar və həvəskar idmançı mübarizə aparacaq, yüksək rəqabət və idman əzmi nümayiş etdirəcəklər.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarış həm ölkəmizdə kamandan oxatma idman növünün inkişafına, həm də gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfə verəcək. Qaliblərə müxtəlif medal və mükafatlar təqdim olunacaq.
Azarkeşlər üçün giriş sərbəstdir. Gəlin bu həyəcanı birlikdə yaşayaq!
Əlaqə vasitələri:
Yarışı paylaş:
Xəritə üzərində:
İstiqamət: