Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq tennis turniri

1 iyun 2026 - 7 iyun 2026

10:00

Tədbir haqqında:

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş beynəlxalq reytinqli ITF J60 Baku 18 yaşlararası beynəlxalq tennis turniri 1-7 iyun 2026-cı il tarixlərində Bakı Tennis Akademiyasında keçiriləcəkdir.

Beynəlxalq Tennis Federasiyasının (ITF) təqviminə daxil olan bu nüfuzlu turnir dünyanın müxtəlif ölkələrindən olan gənc tennisçiləri bir araya gətirərək onların beynəlxalq reytinq xalları qazanmasına, peşəkar idman karyeralarının formalaşmasına və yarış təcrübələrinin artırılmasına imkan yaradacaqdır.

Turnirin keçirilməsi Ümummilli Lider Heydər Əliyevin gənclərə və idmanın inkişafına göstərdiyi daim diqqət və qayğının davamı olaraq, sağlam həyat tərzinin təşviqinə və Azərbaycanın beynəlxalq idman arenasında tanıdılmasına xidmət edir.

Bakı Tennis Akademiyasında təşkil olunacaq turnir yüksək idman ruhu, gərgin mübarizə və dostluq mühitində keçirilərək tamaşaçılara maraqlı və yadda qalan anlar bəxş edəcəkdir.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bakı Tennis Akademiyası Bakı Tennis Akademiyası
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər