Heydər Əliyevin xatirəsinə həsr olunmuş 12 yaşlararası Avropa Tennis Turniri

17 aprel 2026 - 26 aprel 2026

10:00

Tədbir haqqında:

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş 12 yaşlararası Avropa Tennis Turniri 17–26 aprel tarixlərində Bakı Tennis Akademiyasında keçiriləcəkdir.

Bu mötəbər beynəlxalq turnir Avropanın müxtəlif ölkələrindən olan istedadlı tennisçiləri bir araya gətirərək idmanın inkişafına, onlar arasında sağlam həyat tərzinin təbliğinə və beynəlxalq idman əməkdaşlığının gücləndirilməsinə xidmət edir.

Turnirin keçirilməsində əsas məqsəd yeniyetmə idmançıların peşəkar səviyyədə yarış təcrübəsi qazanması, onların bacarıqlarının üzə çıxarılması və Azərbaycanı beynəlxalq idman arenasında layiqincə təmsil edən gələcək tennisçilərin formalaşmasına töhfə verməkdir.

Heydər Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğı bu turnir vasitəsilə bir daha xatırlanır və onun zəngin irsi gələcək nəsillərə aşılanır.

Bakı Tennis Akademiyasında keçiriləcək bu mötəbər idman tədbiri gərgin mübarizə, dostluq və idman ruhu ilə yadda qalacaqdır.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bakı Tennis Akademiyası Bakı Tennis Akademiyası
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər