“Baku Open” stolüstü tennis turniri

4 aprel 2026 - 12 aprel 2026

09:00

Tədbir haqqında:

Stolüstü tennis həvəskarlarını qarşıda daha bir maraqlı yarış gözləyir. Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” seçilməsinə həsr olunan “Baku Open” turniri keçiriləcək. Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən “Şüa İdman Kompleksi”ndə təşkil olunacaq turnirdə əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstərəcəklər. Peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar. 4-5 aprel / 11-12 aprel tarixlərində keçiriləcək turnirə qatılmaq istəyənlər Azərbaycan Stolüstü Tennis Federasiyasına müraciət edə bilərlər. 


Əlaqə nömrəsi: +994 50 796 66 57

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

"Şüa" İdman Kompleksi "Şüa" İdman Kompleksi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər