İdman dırmanması üzrə ölkə çempionatı

1 noyabr 2025 - 2 noyabr 2025

10:00

Tədbir haqqında:

 

1-2 noyabr 2025-ci il tarixlərində Bakı İdman Dırmanması Mərkəzində idmanın ən çətin və maraqlı növlərindən olan idman dırmanması (çətin növ) üzrə böyüklər arasında ölkə çempionatı keçiriləcək. Yarışda ölkənin müxtəlif bölgələrindən ən güclü idmançılar qüvvələrini sınayacaq, hündür divarları fəth edərək çempion adına layiq görülmək uğrunda mübarizə aparacaqlar.

Çempionat həm idmançıların texniki bacarıqlarını, həm də fiziki və psixoloji dözümlülüyünü nümayiş etdirmək baxımından böyük əhəmiyyət daşıyır. Tədbir tamaşaçılar üçün açıq olacaq və izləyicilərə adrenalini yüksək anlar bəxş edəcək.

Bu möhtəşəm yarışda iştirak edən, izləyici olaraq gələn hər kəs dırmanmanın dinamik atmosferini və güc, çeviklik, iradə kimi keyfiyyətlərin vəhdətini yaxından hiss edəcək.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bakı İdman Dırmanması Mərkəzi Bakı İdman Dırmanması Mərkəzi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər